Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirildi

06 may 2014 | 15:00

05 may 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Ucar rayonu İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirildi.

Ucar rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov, Rayon İcra Hakimiyyəti Başçısıının Aparatı, Yeni Azərbaycan Partiyası Ucar rayon şöbəsinin sədri, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nın ərazi üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri və rayon ictimaiyyəti Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri qoydular.

Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə Ucar rayonu İcra Hakimiyyətinin Başçısı cənab Yaşar Məmmədov açaraq Heydər Əliyevin həyat və yaradıcılığından danışdı.

Sonra tədbirin bədii hissəsi başlandı. Heydər Əliyev haqqında video-çarx nümayiş etdirildi, Ulu Öndər haqqında mahnı və şerlər səsləndirildi.

Son olaraq Yeni Azərbaycan Partiyası Ucar rayon şöbəsinin sədri, rayon İcra Hakimiyyəti Başçısının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin davam etdiriləcəyini bildirdi və bugünkü tədbiri hazırlayıb ərsəyə gətirənlərə münnətdarlığını bildirdi.

Keçidlər