Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər 4 saylı körpələr evi-uşaq bağçasının yaranmasının 30 illik yubileyi

26 aprel 2014 | 15:00

25 aprel 2014-cü il tarixdə şəhər 4 saylı körpələr evi-uşaq bağçasında 30 illik yubiley münasibətilə bayram tədbiri keçirilmişdi.

Şəhər 4 saylı körpələr evi-uşaq bağçası 1984-cü ilin aprel ayında fəaliyyətə başlamışdır. Bağça 7 qrup olmaqla, 130 nəfər uşağı əhatə edir.

Tədbiri bağçanın müdiri Nərminə Eminova giriş sözü ilə açdı, qonaqları və kollektivi yubiley münasibətilə salamladı və tədbiri açıq élan etdi.

Tədbiri uşaqlar “Hərəmiz bir mahnıyıq” musiqisi ilə davam etdirdilər. Sonra bağçanın 30 illik fəaliyyətini əks etdirən fotoslayd nümayiş etdirildi. Tədbirin aparıcısı slaydda bağçanın fəaliyyətində xidmətləri olmuş hazırda aramızda olmayanları, lakin həmişə yaddaşlarda qalmış işçiləri, bağçanın keçmiş məzunları barədə məlumat verdi.

Sonra təbrik üçün söz Ucar bələdiyyəsinin sədri Səhrab Kamilova verildi. O da yubiley münasibətilə bağçanın bütün kollektivini təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı.

Balacalar yenə də müxtəlif ifalarla- “Çağırır Vətən”, “Vətənim” mahnıları, “Kəpənəklər”, “Qaraçı”, “Naz eləmə” rəqsləri, “Tülkünün evi” səhnəsi ilə tədbiri daha da canlandırırdılar.

Rayon İcra Hakimiyyətinin kollektivi adından ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məlahət Hüseynova da yubiley münasibətilə bağçanın kollektivini təbrik etdi, öz arzularını bağçanın kollektivinə, balacalara çatdırdı.

Tədbirin sonunda rayon Təhsil şöbəsinin metodisti Yeganə Süleymanova yubiley münasibətilə kollektivi təbrik etdi, tədbiri təşkil edənlərə təşəkkür etdi və belə tədbirlərin bütün məktəbəqədər tədris müəssisələrində keçirilməsini arzuladı. Sözünün sonunda körpə balalara rayon Təhsil şöbəsinin adından hədiyyələr təqdim etdi.

Keçidlər