Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın dövlət rəmzləri” mövzusunda rəsm müsabiqəsi

08 may 2014 | 15:00

07 may 2014-cü il tarixdə rayonun Mədəniyyət sarayında, aprel ayında elan edilmiş rəsm müsabiqəsinin sərgisinə baxış keçirildi və qaliblər mükafatlandırıldı.

Müsabiqə "Azərbaycanın dövlət rəmzləri" mövzusunda keçirildi, bu da yeniyetmə və gənclərin dövlət rəmzlərinə hörmət hissində böyüməsinin təbliğ edilməsi ilə bağlıdır.

15 ümumtəhsil məktəbinin qatıldığı müsabiqədə

I yerə şəhər 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əhmədov İslam Aslan oğlu

II yerə 1 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi Əliyev Zaur Əkbər oğlu

III yerə şəhər 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Mütəllimova Günel Namiq qızı

IV yerə isə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Həmidova Almaz Azər qızı layiq görüldülər.

Keçidlər