Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda da Faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd edildi

10 may 2014 | 15:00

09 may 2014-cü il tarixdə isə rayon Mədəniyyət Sarayının qarşısında yerləşən meydanda Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidənin və memorial kompleksin önünə gül-çiçək dəstələri qoyularaq ziyarət edilmişlər. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı, idarə, müəssisə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak etmişlər.

Faşizm üzərində qələbənin 69-cu ildönümü ilə əlaqədar hələ aprel ayından başlayaraq rayonun idarə, müəssisə və təşkilatlarında, məktəblərdə silsilə tədbirlər keçirilmiş, ədəbi bədii kompozisiyalar təşkil olunmuşdur.

Tədbirin sonunda çay süfrəsi təşkil olunmuş və rayonda yaşayan Böyük Vətən və arxa cəbhəsi iştirakçılarına rayon İcra Hakimiyyəti Başçısı tərəfindən pul yardımları verilmişdir.

Keçidlər