Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm konsert keçirildi

11 may 2014 | 15:00

10 may 2014-cü il tarixdə saat 20:00-da Ucar rayonu Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə maraqlı konsert proqramı təşkil edilmişdir.

Bayram konsertində rayon İcra Hakimiyyəti Başçısı Aparatı, hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nın ərazi üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.

Rayon sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında Respublikamızın tanınmış incəsənət ustaları xalq artisti Niyaməddin Musayev, əməkdar artist Könül Xasıyeva, Səyyad Əlizadə, Mənzurə Musayeva, Meydan Əsgərov, Əflatun Qubadov, Qanun Yusifov və “Azəri Star” musiqi yarışmasının qalibləri Dünyaxanım, Nərgiz və digər mədəniyyət xadimləri çıxış edərək Ucarlıları bayram münasibətilə təbrik ediblər.

Ulu Öndərin 91-ci ildönümünə həsr olunmuş bayram tədbiri böyük bir atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər