Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu Heydər Əliyev Mərkəzinin konfrans zalında “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərinin pozulması mövzusunda dəyirmi masa keçirilmişdir.

23 may 2014 | 15:00

22 may 2014-cü il tarixdə Ucar rayonu Heydər Əliyev Mərkəzinin konfrans zalında “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərinin pozulmasında təqsdirkar olan işəgötürənlərə qarşı tətbiq edilən inzibati cərimələr barədə işəgötürənlərin məlumatlandırılması və işəgötürənlərlə qarşılıqlı əlaqələrin qurulması” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əbil Mehdiyev, işəgötürənlər (idarə, müəssisə rəhbərləri, məktəb direktorları, həmkarlar ittifaqı, bələdiyyələr, gənclər təşkilatının rəhbərləri və sahibkarlar) iştirak etmişdir.

Tədbiri Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əbil Mehdiyev açaraq ölkə prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı nəticəsində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər barədə məlumat verdi.

Ucar rayon Məşğulluq Mərkəzinin direktoru Qasım Kamilov 2014-cü ilinin 4 ayı ərzində Mərkəzdə görülmüş işlər barədə çıxış etdi. Sonra rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Əli Hüseynovun “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərinin pozulmasında təqsdirkar olan işəgötürənlərə qarşı tətbiq edilən inzibati cərimələr barədə işəgötürənlərin məlumatlandırılması və işəgötürənlərlə qarşılıqlı əlaqələrin qurulması” mövzusunda məruzəsi dinlənildi.

Məruzə ətrafında müzakirələrdə Suvarma Sistemləri İdarəsinin rəisi Həsən Qasımov, Dəmiryol ambulatoriyasının baş həkimi Məzahir Məmmədov, Statistika idarəsinin rəisi Nizami Məmmədov, Ucar rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Zaur Abdullayev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zeynal Bayramlı, Lək bələdiyyəsinin sədri Səridə Tağıyeva və sair çıxış edərək məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən, əməkdaşlığın daha da gücləndirilməsindən bəhs edərək qarşıda duran vəzifələri müəyyənləşdirdilər.

Sonda tədbir iştrakçılarına Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti ilə əlaqədar broşuralar, metodiki vəsait və kitabçalar paylandı.

Keçidlər