Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəbləri arasında futbol üzrə Ucar rayon birinciliyi

25 may 2014 | 15:00

05-24 may 2014-cü il tarixlərdə rayonun ümumtəhsil məktəbləri arasında futbol üzrə rayon birinciliyi keçirildi. İlk öncə dörd zona üzrə qrup oyunları keçirildi və qrup oyunlarında I və II yerləri tutmuş komandalar 1/4 mərhələsində qarşılaşdılar.

1/4, yarımfinal və final oyunları Qazıqumlaq kənd 2 saylı tam orta məktəbin stadionunda keçirildi.

Yarımfinal görüşlərində Alpout kənd 1 saylı və şəhər 1 saylı lisey, şəhər 2 saylı və Qazıqumlaq kənd 2 saylı məktəblərin komandaları qarşılaşdılar.

Gərgin oyunlardan sonra finala Alpout kənd 1 saylı və Qazıqumlaq kənd 2 saylı məktəblərin komandaları vəsiqə qazandılar. III yer uğrunda keçirilən qarşılaşmada şəhər 2 saylı məktəbin komandası şəhər 1 saylı liseyin komandasına 3:0 qalib gəldi.

Final oyununda Qazıqumlaq kənd 2 saylı məktəbin komandası Alpout kənd 1 saylı məktəbin komandasını 5:1 hesabı ilə məğlub etdi və turnirin çempionu oldu.

Qeyd edək ki, final görüşündə rayonda idmanın kütləviliyinin artırılması məqsədilə yaradılmış Futbol komissiyanın sədri və Futbol idman növü üzrə işçi qrupunun rəhbəri, rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əbil Mehtiyev, futbol üzrə işçi qrupunun üzvləri rayon Maliyyə İdarəsinin rəisi Yusif Bəkirov, Ucar Bələdiyyəsinin sədri Səhrab Kamilov iştirak etdilər.

Beləliklə 30 komandanın qatıldığı çempionatda ilk dördlük aşağıdakı qaydada oldu:

I yer: Qazıqumlaq kənd 2 saylı məktəbin komandası

II yer: Alpout kənd 1 saylı məktəbin komandası

III yer: Şəhər 2 saylı məktəbin komandası

IV yer: Şəhər 1 saylı liseyin komandası

Sonda qaliblər Gənclər və İdman idarəsinin diplom, kubok və hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər