Azərbaycan gənclərinin VII forumu ərəfəsində Ucar rayon gənclərinin ümumrayon toplantısı
26 may 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan gənclərinin VII forumu ərəfəsində Ucar rayon gənclərinin ümumrayon toplantısı keçirildi. Toplantıya gənc müəllimlər, 11-ci sinif şagirdləri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, mədəniyyət və səhiyyə şöbələrinin nümayəndələri dəvət olunmuşdular. Tədbirdə həmçinin rayon İcra Hakimiyyətinin başçısı cənab Yaşar Məmmədova iştirak etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra forum açıq elan olundu. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra hər üç ildən bir Azərbaycan Gənclərinin Forumunun keçirilməsini tövsiyyə etmişdir.
Toplantının gündəliyində duran məsələlər gənclərin VI forumundan keçən dövr ərzində görülmüş işlər barədə Gənclər və İdman idarəsinin rəisinin hesabatı, Respublika gənclərinin VII Forumuna nümayəndələrin seçilməsi oldu.
Hesabat məruzəsi ilə çıxış edən Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənclərə göstərdikləri qayğılardan, uğurlu həyata keçirilən gənclər siyasətindən, forumlararası dövrdə görülən işlər və keçirilən tədbirlərdən, o cümlədən qarşıda duran vəzifələrdən danışdı.
Sonra rayon Mərkəzi Xəstəxanasının həkimi Nərmin Piriyeva, Alpout kənd 1 nömrəli tam orta məktəbin şagirdi Arif Məmmədov, Qazyan 1 saylı tam orta məktəbin tarix müəlliməsi Aynur Əhmədli və rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdir müavini Oruc Piriyev gənclərin vətənpərvərlik və mədəni inkişafı, elm və təhsil, sağlam həyat tərzi və fiziki hazırlıq, asudə vaxtın təşkili mövzularında çıxışlar etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Yaşar Məmmədov yekun nitqi ilə çıxış edərək gənclər sahəsi üzrə qəbul edilmiş Dövlət Proqramlarından, respublikamızda görülən işlərdən və rayonumuzda yaxın günlərdə İdman məktəbinin açılması və Gənclər evinin tikiləcəyindən bəhs etdi.
Çıxışlardan sonra, 2-3 iyunda Bakı şəhərində keçiriləcək Respublika gənclərinin VII forumunda iştirak edəcək 10 nəfər nümayəndənin tərkibi barədə təklif üçün söz Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nuru Piriyevə verildi.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənc rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları ilə təltif olundu.
Sonda toplantı iştirakçıları adından möhtərəm prezidentimizə hazırlanmış Müraciətin mətnini oxumaq üçün söz rayon Mədəniyyət evinin direktoru Ruslan Rəsulova verildi. Müraciət oxunduqdan sonra tədbir bağlı elan olundu