Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə onlayn müşavirə keçirib

13 yanvar 2021 | 16:00

13 yanvar 2021-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrləri ilə onlayn müşavirə keçirib.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə, bu qələbədə cənab Prezident İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd etmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduğunu diqqətə çatdırmışdır.

Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarından, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən danışılmışdır.

Şəhid ailələrin, əsgərlərimizə, qazilərimizə, həmçinin evdə müalicə alan yaralı qazilərimizə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə hər birinə xüsusi qayğı ilə yanaşmalarını, problemləri ilə maraqlanmaları barədə nümayəndə və bələdiyyə sədrlərinə ciddi tapşırıqlar verilmişdir.

Sonra Ucar rayonunda vaksinləşmə prosesinə ilk növbədə cəlb ediləcək əhalinin siyahısını dəqiqləşdirmək, gər tinglərinin becərilməsi və əlavə tinglərin əkilməsi, kümçülərin müəyyən edilməsi, kəndlərdə vətəndaşların əkinlərinin bəyan olunması və digər məsələlər barədə də tapşırıqlar verilmişdir.

Sonda M.Məmmədov onlayn qaydada inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərinin dinləmiş, yerlərdəki vəziyyət barədə məlumatlar alaraq aidiyyatı üzrə tapşırıqlarını vermişdir.

Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.

Keçidlər