Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə tədbir keçirild

28 may 2014 | 15:00

27 may 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Ucar rayonu İcra Hakimiyyəti Başçısı Aparatının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə tədbir keçirildi.

Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov, Rayon İcra Hakimiyyəti Başçısıının Aparatı, Yeni Azərbaycan Partiyası Ucar rayon şöbəsinin sədri, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nın ərazi üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri və rayon ictimaiyyəti Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoydular.

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə Ucar rayonu İcra Hakimiyyətinin Başçısı cənab Yaşar Məmmədov açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışdı. İcra başçısı qeyd etdi ki, 28 May odlar yurdu Azərbaycanımızın tarixində çox önəmli günlərdən biridir. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi.

Sonra tədbirin bədii hissəsi başlandı. Məktəblilərin ifasında Azərbaycanın azadlığına həsr olunmuş mahnı və şerlər səsləndirildi.

Keçidlər