Şriftin ölçüsü :

Saytın rəngi :

“Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsidə rayon əhalisinin peyvənd olunması işlərinə başlanıldı.

21 yanvar 2021 | 16:00

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 18-dən əhalinin vaksinləşmə prosesi başlanmışdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq.

Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Respublisanın bütün bölgələrində olduğu kimi, Ucar rayonunda da bu proses uğurla həyata keçirilir.

Bu mühüm tədbirlə bağlı başlanan “Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsidə təhlükəli virusa qarşı mübarizə məqsədilə 3 xüsusi vaksin otaqları və o, cümlədən burada peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Peyvəndin əks təsiri olmadığını bilən tibb işçiləri İlk olaraq bu aksiyaya özləri könüllü qoşulub. Məlumat üçün bildiriirik ki, rayonumuzda 651 tibb işçisi var.

Qeyd edək ki, rayonda İcra Hakimiyyətinin, polis idarəsinin, təhlükəsizlik xidmətinin və xəstəxanaların nümayəndələrindən ibarət xüsusi işçi qruplar yaradılıb və həmin qruplar tibb məntəqələrdə vaksinləşmə prosesinə nəzarət edirlər.

2020-ci ilin əvvəlində virusa qarşı mübarizəyə Prezidentimizin “Biz Birlikdə Güclüyük” çağırışı ilə başladıq.

Bu gündə “Biz Birlikdə Güclüyük” şuarı ilə bir olub infeksiyadan tamamilə qurtulmaq üçün vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

Keçidlər