Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “2 Fevral - Azərbaycan Gənclər günü” münasibətilə tədbir keçirildi

02 fevral 2021 | 16:00

2 Fevral - Azərbaycan Gəncləri günü münasibətilə Ucar Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Güclü Azərbaycan naminə!” adlı tədbir həyata keçirildi. Tədbir çərçivəsində 31 yanvar - 02 fevral 2021-ci il tarixlərdə Ucar rayonundan olan ŞƏHİD gənclərimizin ailələri ziyarət olundu. Gənclər və İdman idarəsinin kollektivi şəhid ailələrini ziyarət etmək üçün Bərgüşad, Bağban, Lək, Qazyan, Qarabörk, Müsüslü, Qaracallı, Bağırbəyli, Qazıqumlaq, Çiyni və Alpout kəndlərində oldular.

Həmçinin 02 fevral 2021-ci il tarixdə Rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və YAP Gənclər Birliyinin üzvləri ilə birlikdə Ulu öndərin abidəsi önünə və Şəhidlər Xiyabanına gül dəstələri qoyuldu.

Eyni zamanda rayonun ictimai-siyasi həyatında fərqlənmiş gənclər və ali məktəblərə qəbul zamanı 600-dən çox bal toplamış tələbələr fəxri fərmanlarla təltif olundu.

Keçidlər