Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə onlayn müşavirə keçirib

04 fevral 2021 | 16:00

04 fevral 2021-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrləri ilə onlayn müşavirə keçirib.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesi fevralın 8-dən başlayaraq digər əhali qrupları arasında davam etdirilməsi müşavirə iştirakçılarına bildirilmiş, yaş qruplarının növbəliyi nəzərə alınmaqla rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafik əsasında peyvənd olunmaq istəyən şəxslər tərəfindən fevral ayının 5-dən başlayaraq randevu.Its.gov.az internet saytı vasitəsilə randevu alınması təmin edilməli, bununla əlaqədar əhali qrupları arasında geniş maarifləndirmə işinin təşkili məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Covid peyvəndi üçün randevu götürülməsi təlimat”ını RİHB-nın inzibati ərazi nümayəndələrinə qaydası izah edilmiş və internetə çıxışı olmayan insanlara köməklik göstərilməsi üçün zəruri tədbirlər görürlməsi barədə tapşırıqlar verilmişdir.   

Həmçinin müşavirədə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirmişdir ki, rayonumuzda 7-si şəhərdə, 15-i kəndlərdə olmaqla, 22 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Məktəbəqədər müəssisələrdə 1225 nəfər uşağın təlim-tərbiyəsi ilə 175 nəfər pedaqoji, 248 nəfər texniki işçi məşğul olur.

Hazırda məktəbəqədər müəssisələrdə təmizlik, dezinfeksiya işləri həyata keçirilir. Hər bir  müəssisədə hərarətölçən aparat alınmış, karantin otağı hazırlanmışdır.

Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin 2020-2021-ci tədris ilinin I yarım illiyi üzrə Covid-19 nəzərə alınmaqla maddi-texniki təchizat materialları ilə məktəblərimiz mütəmadi olaraq təchiz edilmiş, məktəblərin binaları sinif otaqları, həyətyanı sahələrinin dezinfeksiya edilməsi təmin edilmişdir. Şagirdlərin giriş-çıxış qaydaları, məktəbə daxil olarkən onların hərarətinin ölçülməsi və digər təşkilati işlərin nəzarət mexanizmi məktəb rəhbərliyi tərəfindən rəsmiləşdirilmiş, hər bir  məktəb üzrə məsul şəxslər təyin edilmişdir. Sosial məsafənin saxlanılması məqsədi ilə məktəblərin  həyətyanı sahəsində yerdə xususi işarələr çəkilmişdir.

Əyani formada tədrisin təşkili ilə rayonumuzun ümumi təhsil məktəblərində işlər lazımi qaydada görülmüş, məktəblərimiz şagirdləri qəbul etməyə hazır vəziyətə çatıdırılmışdır.

01 fevral 2021-ci il tarixdə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı lazımi tədbirlər də vaxtında görülmüşdür. Belə ki, bu məqsədlə Təhsil Nazirliyi tərəfindən rayon Təhsil Şöbəsinə daxil olmuş “Xüsusi karantin rejimi dövründə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkilinə dair metodik göstərişlər” və “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində sosial məsafənin saxlanılmasına dair metodik tövsiyələr göstərilən məktəblərin elektron ünvanlarına vaxtında çatıdırılmış, eyni zamanda həmin göstərişlərin müzakirə edilərək lazımi köməkliklərin göstərilməsi məqsədi ilə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri ilə video müşavirələr keçirilmiş, məsələ ilə bağlı məktəb rəhbərlərinin sualları ətraflı cavablandırılmışdır.

Şəhid ailələrinə, əsgərlərimizə, qazilərimizə, həmçinin evdə müalicə alan yaralı qazilərimizə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə hər birinə xüsusi qayğı ilə yanaşmalarını, problemləri ilə maraqlanmaları barədə nümayəndə və bələdiyyə sədrlərinə ciddi tapşırıqlar verilmişdir.

Sonra Ucar rayonunda vaksinləşmə prosesinə ilk növbədə cəlb ediləcək əhalinin siyahısını bir daha dəqiqləşdirmək, gər tinglərinin becərilməsi, yaz tarla işlərinin vaxtında görülməsi, fermerlərin problemləri ilə bağlı Ucar Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə həll olunması və digər məsələlər barədə də tapşırıqlar verilmişdir.

Sonda M.Məmmədov onlayn qaydada inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərinin dinləmiş, yerlərdəki vəziyyət barədə məlumatlar alaraq aidiyyatı üzrə tapşırıqlarını vermişdir.

Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.

Keçidlər