Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 29-cu ildönümü qeyd olunur

25 fevral 2021 | 16:00

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq Ucar rayon İcra Hakimiyyətində 25 fevral 2021-ci il tarixdə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn videokonfrans keçirilmışdır.

Görüşü Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq qeyd etmişdir ki, Azərbaycan xalqı tarix boyu çox keçməkeşli hadisələrin şahidi olmuş, gah şanlı qələbələrini qeyd etmiş, gah da məkirli qonşularının əli ilə törənən  faciələri yaşamağa məcbur olmuşdur.

Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907,1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan azərbaycanlılar ermənilər tərəfindən kütləvi surətdə qətlə yetirilərək, dədə-baba torpaqlarından deportasiya olunmuşlar.

1988-ci ildən  Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ fitnəkarlığına rəvac verilmişdir. Ermənistanda öz doğma torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı 1988-1989-cu illərdə son nəfərinə kimi deportasiya edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan ermənilərin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 155 nəfərinin taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 487 dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.

Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.

Həmin günlər faciədən qurtulmuş Xocalı sakinləri respublikamızın müxtəlif bölgələrinə üz tutmuş, onlar rayonumuza pənah gətirərək  rayonun Qazyan və Xələc kəndlərində məskunlaşmışdır.

Rayon ərazisində yaşayan məcburi köçkünlər o, cümlədən Xocalıdan olan ailədə 2019-cu ili dekabr ayında rayonda salınmış şəhərciyə köçürülüb.

Hazırda rayonumuzda olan Xocalı ailələrinin sayı 17, onların üzvlərinin sayı isə 53 nəfərdir.

Bu gün Xocalı faciəsi respublikamızın hər yerində, eləcə də dünyanın müxtəlif yerlərində qeyd olunur, faciə qurbanlarının xatirəsi hörmətlə yad edilir.

44 gün ərzində davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun qəhrəmanlığı ilə Qarabağın işğaldan azad olunmasının Xocalıda soyqrıma məruz qalmış həmvətənlərimizin qisasının alındığını, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət”  kompaniyası çərçivəsində dünyanın bir çox ölkələrində, parlamentlərində Xocalı qoyqırımının   tanıdığını diqqətə çatdırıb.

Keçidlər