Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Ucar rayonunda soyqırım qurbanlarının xatirəsinə ağaclar əkilmişdir

26 fevral 2021 | 16:00

Bu gün Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Rayon İcra Hakimiyyəti Başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri Ucar Şəhidlər Xiyabanında və Bayraq meydanının ərazisində soyqırım qurbanlarının xatirəsinə 613 ədəd ağac əkmişlər.

Həmçinin fevral ayının 22-dən başlayaraq rayonun idarə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçirilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Xocalılı məcburi köçkün Nuru və Zeynəb Abdullayevlərin ailəsində olmuş, hadisələrin canlı şahidləri ilə müdhiş gecədə baş verənlər təhlil olunmuşdur. Xocalıya qayıdacaqları günü gözləyən Nuru və Zeynəb Abdullayevlər bildirmişlər ki, Prezident İlham Əliyev Ali Baş Komandanın qeyd etdiyi kimi “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib. Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı”.

26 fevral 2021-ci il tarixdə saat 1700-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər