Ucar rayonunda şəhid ailələri ziyarət olundu.
19 mart 2021 | 16:00
Novruz bayramı münasibətilə 18-19 mart 2021-ci il tarixlərdə Ucar rayonu İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov İkinci Qarabağ müharibəsində şəhid olmuş ucarlıların hər birinin ailəsini ziyarət etmişdir.
Görüşlər zamanı Vətən müharibəsində şəhid olmuş oğulların heç vaxt unudulmayacağı qeyd olunmuşdur.
Şəhid ailələri göstərilən diqqət və qayğı üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.