Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi Ucar rayonunda da yad edilib

31 mart 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı İdarə Heyətinin onlayn formatda iclası keçirilib. İclasda İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

İclası rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq gündəlikdəki məsələlər barədə məlumat verib və 31 mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayon üzrə nümayəndəsi Alı Babayev “Erməni terrorizmi: Tarix və həqiqətlər”, Qarabağ əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov “Qanlı illər: 1905-1906-cı illər, 1918-ci ilin mart hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımdır”, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova “Ümummilli lider Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il tarixli fərmanı soyqırım siyasətinə verilən siyasi qiymətdir” mövzularında çıxış etdilər.     

Keçidlər