Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov COVİD-19 əleyhinə peyvənd olunub.

02 aprel 2021 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Ucar rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

2 aprel 2021-ci il tarixində Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova və rayon icra hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılova COVID-19 əleyhinə ikinci doza vurulmuşdur.

Peyvənd olunduqdan sonra vaksinasiya prosesinin gedişatı ilə maraqlanan rayon icra hakimiyyətinin başçısı, xəstəxanada yaradılan şəraitlə də  tanış olmuş, peyvənd olunmaqdan ötrü xəstəxanaya gəlmiş rayon əhalisi ilə səmimi söhbət etmişdir. Bildirmişdir ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin kökündə onların sağlamlığı dayanır. Cənab Prezidentin rəhbərliyi sayəsində ölkəmiz vaksin əldə edən ilk ölkələrdən biridir. Bu faktın özü də təsdiq edir ki, ölkə Prezidentimiz cənab İlham Əliyev əhalinin sosial rifah halı ilə yanaşı sağlamlığını da daim diqqət mərkəzində saxlayır.

Söhbət zamanı icra başçısı pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərinə, ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirmiş, bu istiqamətdə hər kəsə üzərinə düşən məsuliyyəti dərk etməyi tövsiyə etmişdir.

Həmçinin rayon İcra Hakimiyyətinin əməkdaşlarından da peyvənd olunub və özlərini yaxşı hiss etdiklərini bildiriblər.

Rayon icra hakimiyyəti başçısına əhalinin COVID-19 infeksiyasına qarşı  vaksinasiya prosesinin yüksək səviyyədə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlər görülməsi,  bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi və bu günədək Lerik rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-64 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 4616 doza vaksin vurulduğu haqqında məlumat verildi.

İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu ümumrayon kampaniyasında  hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.

Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər