Şəhid ailələrinə qayğı akiyası
Həsənov Hüseyn Vahib oğlu. Yaşasaydı bu gün 20 yaşı olacaqdır. Amma tale ona ömrünün 19 yaş 5 ay 14-cü günündə ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalmağı yazdı.
Rayon təşkilatı üzvlərinin bir qrupunun iştirakı ilə rayonun Çiyni kənd qəbiristanlığında 13 aprel 2001-ci ildə rayonun Çiyni kəndində anadan olmuş 27 sentyabr 2020-ci ildə Daşkəsən rayonunun ərazisində şəhid olmuş Həsənov Hüseyn Vahib oğlunun məzarı ziyarət olunmuş,ruhuna dualar oxunmuşdur.
YAP rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov və Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev çıxış edərək Vətən müharibəsində şəhid olmuş eloğullarımızın keçdiyi şərəfli yol haqqında məlumat verərək bildirdilər ki, Vətən Şəhidləri heç vaxt unudulmayacaqdır.
Hüseyn Həsənov Çiyni kənd tam orta məktəbini bitirmişdir. 03 iyul 2019-cu ildə Ucar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Xidmətinin 1 il 2 ay 24-cü günündə şəhid olmuşdur. Vətən müharibəsində rayonumuzun ilk şəhididir.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə" və 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Daha sonra şəhid Hüseyn Həsənovun valideynləri və ailə üzvləri ilə görüşülmüşdür.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
VƏTƏN ŞƏHİDLƏRİMİZİ xatırlayaq ki, unudulmasın!