Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdə ilk ad günün mübarək, ŞƏHİDİM.

14 aprel 2021 | 16:00

Yaşasaydı bu gün Vəliyev Elnur Əli oğlunun 24 yaşı olacaqdır. Amma alın yazısı 23 yaş 6 ay 12 gün oldu. Elə bir zirvəyə ucaldı ki, əzizləri, doğmaları, xalqı qürur duyası oldu.

Azərbaycanımızın bütövlüyü, azadlığı uğrunda ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalan el oğullarından biri oldu.

Rayon təşkilatı üzvlərinin iştirakı ilə 14 aprel 1997-ci ildə Ucar şəhərində anadan olmuş 26 oktyabr 2020-ci ildə Xocavənd rayonunda şəhid olmuş,13 noyabr 2020-ci ildə Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunmuş Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Vəliyev Elnur Əli oğlunun məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur.

Rayon "Came" məscidinin axundu Hacı Elnur, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayon üzrə nümayəndəsi Alı Babayev, şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Soltanova, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxış edərək qeyd etdilər ki, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğulları 44 günlük Vətən müharibəsində ŞANLI QƏLƏBƏMİZİ öz canları ilə qazandılar,torpağı qanları ilə suvardılar. Vətən şəhidlərimiz, onların ailələri dövlət qayğısı ilə əhatə olunublar.

Elnur Vəliyev Ucar şəhər 4 nömrəli tam orta məktəbi bitirib, 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Xüsusi Təyinatlı Qüvvələrin leytenantı idi. 3 bacının 1 qardaşı idi.

Cənnətdə ilk ad günün mübarək, ŞƏHİDİM.

Keçidlər