Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Qurtuluş günü münasibətilə tədbir keçirildi

13 iyun 2014 | 15:00

12 iyun 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Aparatının və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təkilatçılığı ilə 15 iyun Qurtuluş Günü münasibətilə tədbir keçirildi.

Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov, rayon İcra Hakimiyyəti Başçısı yanında şura üzvləri, Yeni Azərbaycan Partiyası Ucar rayon şöbəsinin sədri, müəssisə və təşkilatların rəhbərləri, Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoydular.

Rayon Mədəniyyət və Turizm şöbəsinin bədii kollektivlərinin, məktəblilərin ifasında hazırlanmış tematik tədbirdə 1993-cü ilin 15 iyun ərəfəsində və sonra tariximizdə baş verən hadisələr bir daha xatırlanmış, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri dönə-dönə yad edilmişdir.

Keçidlər