Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Niftalı Mehdilinin doğum günü münasibətilə doğum günü münasibətilə məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş, ailə üzvləri ziyarət edilmişdir.

15 may 2021 | 16:00

15 may 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyəti, YAP Ucar rayon təşkilatı, rayon Təhsil şöbəsi, rayon Gənclər və İdman İdarəsi və rayonun Bərgüşad kəndində fəaliyyət göstərən pedaqoji kollektivlərin nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə şəhid Mehdili Niftalı Qnyaz oğlunun doğum günü qeyd olunmuşdur.

Məzarının ziyarəti ilə başlanan tədbirdə Ucar rayon "Came" məscidinin axundu Hacı Elnur, rayon təhsil şöbəsinin müdiri Rauf Məmmədov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və başqaları çıxışlarında qeyd etdilər ki, 44 günlük Vətən müharibəsində şəhid olan el oğullarımız heç vaxt yaddan çıxmayacaqdır.

Mehdili Niftalı Qnyaz oğlu 15 may 1996-cı ildə anadan olmuşdur.

Ailədə 5 qardaş,1 bacı arasında 5-ci uşaq,4 oğlan övladı idi.

Bərgüşad kənd 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra marketlərdə çalışmışdır.

03 iyul 2014-cü ildən 02 yanvar 2016-cı ilədək Azərbaycan Ordusundan xidmət etmişdir.

Hərbi xidmətdən sonra yenidən "Bazarstori" marketdə çalışmışdır.

21sentyabr 2020-ci ildə səfərbərliyə alımışdır.

Xidmətinin 23-cü günündə -ömrünün 24 yaş, 4 ay, 28-ci günündə-13 oktyabr 2020-ci il tarixdə Goranboy-Ağdərə istiqamətində ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalan el oğullarından oldu. 16 oktyabr 2020-ci ildə Bərgüşad kənd qəbiristanlığında dəfn olunmuşdur.

Niftalı Mehdili subay idi.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda",29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

İllər keçəcək, amma ŞƏHİDLƏRİMİZ Azərbaycanımızın şərəfli tarixində əbədi yaşayacaqdır.

Cənnətdə ilk doğum günün mübarək, ŞƏHİDİM"!

Keçidlər