Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarlı kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər.

25 may 2021 | 16:00

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində xeyli iş görülmüşdür.

Son illər Ucar rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası da vardır.

2021-ci ilin məhsulu üçün 92 kümçü ailələri ilə müqavilə bağlanılıb, Qax Damazlıq İpəkçilik stansiyasından 350 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır.

Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov və Aparatın digər vəzifəli şəxsləri mütəmadi olaraq rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, barama qurdlarına baxış keçirir və onların yemlənmə vəziyyəti ilə maraqlanırlar.

Kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilir.

Keçidlər