Şriftin ölçüsü :

Saytın rəngi :

"Mərcan" 14 yeni quş damının açılışını etdi.

04 iyun 2021 | 16:00

Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində yeni inşa edilmiş ”LU-MUN Holding”ə məxsus "Mərcan" quşçuluq fermasının 14 yeni quş damı istifadəyə verildi.

Yeni müəssisələrin xüsusi üstünlüyü tam avtomatlaşdırılmış iqlim nəzarəti və baxım normativləridir. Bu yetişdirmə damları operatorsuz çalışa bilən, insanla minimal kontaktı olan obyektlərdir. Yemləmə, su verilmə, havalandırma, gecə gündüz iqlim nəzarəti avtomatlaşdırılmış rejimdə mərkəzi kompüter vasitəsilə idarə olunur. Damda hər hansı gözlənilməz hal baş verdikdə mühəndis qrupuna, sahə rəislərinə sistem tərəfindən sms ilə xəbərdarlıq göndərilir.

Tədbirdə “LU-MUN Holding”in idarə heyətinin sədri və üzvləri, Ucar Rayonu İcra Hakimiyətinin Başçısı, APC-nin rəhbəri və nümayəndələri, tanınmış blogerlər, KİV nümayəndələri, o cümlədən din xadimi iştirak etdilər.

Keçidlər