Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir

08 iyun 2021 | 16:00

08 iyun 2021-ci il tarixdə Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində koronovirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq Ucar Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.

Konfransda Ucar Rayon Ağsaqqallar Şurasının 30 üzvü iştirak etmişdir. Konfransın işində Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov iştirak etmişdir.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəsti qoymuşlar.

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı konfrans iştirakçılarını və qonaqları salamlamış, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların və vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış etmişdir. Respublika Ağsaqqallarına göstərilən diqqət və qayğıdan, qarşıda duran vəzifələrdən danışmışdır.

İclasda Ucar Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul olunmuş, Ağamalıyev Mirzalı Qurban oğlu yenidən Ucar Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir. Həmçinin Şuranın  9 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət Təftiş Komissiyası seçilmişdir.

Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev göstərilən etimada görə öz minnətdarlığını və təşəkkürünü bildirmiş, təşkilatın daha uğurla fəaliyyəti üçün lazımi səy göstərəcəyinə söz vermişdir.

Yekunda Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov rayon Ağsaqqallar Şurasının yeni tərkibinə uğurlar arzulamış, rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir.

Keçidlər