Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə bayramı Günü münasibətilə təntənəli tədbir keçirildi

24 iyun 2014 | 15:00

Tədbir Ucar rayonu Heydər Əliyev Mərkəzinin akt zalında keçirildi. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.

Tədbirdə Ucar rayonu İcra Hakimiyyətinin Başçısı cənab Yaşar Məmmədov çıxış edərək, ölkə prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə iyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü kimi elan edildiyini bildirdi.

Sərəncama görə, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixini “Dövlət Qulluqçularının peşə bayramı günü” elan etməsi faktı ilə əlaqədar bu tarixin də Azərbaycanda Dövlət Qulluqçularının peşə bayramı günü kimi keçirilməsi qərara alınıb.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Rayonumuzda 185 nəfəri dövlət qulluğunda işləyir.

Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev, pensiyaçı Nurəddin Xəlilov və başqaları çıxış edərək bu şərəfli peşənin aliliyindən danışmışdılar.

Bayram münasibətilə bir qrup dövlət qulluqçusu rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 80 saylı sərəncamı ilə Fəxri Fərmanla təltif olunuraraq onıara təqdim olunmuşdu.

Keçidlər