Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə onlayn müşavirə keçirib

16 iyun 2021 | 16:00

16 iyun 2021-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrləri ilə onlayn müşavirə keçirib.

Müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirib ki, Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr Ucar rayonunda da uğurla icra olunur.

Dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin də Ucar rayonunda uğurla icra olunduğunu, bu sahədə görülən məqsədyönlü işlərin nəticəsində rayonumuzda da məhsul əldə etmək üçün kümxanaların əvvəlcədən hazırlanması, kümçülərə lazımi köməkliyin göstərilməsi, ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlər görülmüş və barama təhvili davam etdirildiyi bildirilmişdir.

Mənsur Məmmədov əkin sahələrinin vaxtında suvarılması, taxıl biçini zamanı kombaynların bölgüsü ilə bağlı mövcud vəziyyət geniş təhlil olunmuş, fermerlərin problemləri ilə bağlı Ucar Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə həll olunması və digər məsələlər barədə də tapşırıqlar verilmişdir.

Şəhid ailələrin, əsgərlərimizə, qazilərimizə, həmçinin evdə müalicə alan yaralı qazilərimizə xüsusi qayğı ilə yanaşmalarını, problemləri ilə maraqlanmaları barədə nümayəndə və bələdiyyə sədrlərinə ciddi tapşırıqlar verilmişdir.

Sonra Ucar rayonunda vaksinləşmə prosesinə 18 yaşından yuxarı əhalinin cəlb edilməsi və yerlərdə səyyar briqadaların gündəlik olaraq daha çox ərazi üzrə nümayəndəliklərdə vaksinləşmənin aparılması barərdə tapşırıqlar verilmişdir.

Sonda M.Məmmədov onlayn qaydada inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərinin dinləmiş, yerlərdəki vəziyyət barədə məlumatlar alaraq aidiyyatı üzrə tapşırıqlarını vermişdir.

Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı vətəndaşların qapalı məkanlarda karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.

Keçidlər