Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdə ilk doğum günün mübarək ŞƏHİD HİKMƏT İBRAHİMOV!

23 iyun 2021 | 16:00

23 iyun 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin, rayon Təhsil şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin,Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayon nümayəndəsinin, rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Ucar İncəsənət Məktəbinin, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələri nümayəndələrinin iştirakı 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad olunması zamanı şəhid olmuş əsgər İbrahimov Hikmət Zaur oğlunun cənnətdə ilk doğum günü-20 yaşı qeyd olunmuşdur.

Tədbir iştirakçıları rayonun Qarabörk kənd qəbiristanlığında şəhid Hikmət İbrahimovun məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuşdur.

Rayon "Came" Məscidinin axundu Hacı Elnur, rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Ucar RİHB-nın müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışlarında qeyd etdilər ki, Vətən müharibəsində şəhid olmuş oğullarımız heç vaxt yaddan çıxmayacaqlar.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

Daha sonra şəhidin yaşadığı evin qarşısında bulağın açılışı oldu.

Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub.

Atası Zaur İbrahimov Birinci Qarabağ müharibəsi əlil iştirakçısıdır.

Hikmət İbrahimov ailədə bir qardaş, bir bacı olub.

2007-ci ildə Qarabörk kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2016-cı ildə 9-cu sinfini bitirmişdir.

25 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb.

Xidmətinin 4 ay 25-ci günündə - ömrünün 19 yaş, 3 ay, 27-ci günündə qismətinə ŞƏHİDLK ZİRVƏSİNƏ ucalmaq yazıldı.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilmişdir.

Cənnətdə ilk doğum günün mübarək ŞƏHİD HİKMƏT İBRAHİMOV!

Keçidlər