Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 45 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.
Rayonun Heydər Əliyev Mərkəzinin akt zalında Ucar rayonu İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 14 iyul 1969-cu il - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 45 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyuldu və sonra Heydər Əliyev Muzeyi ziyarət edildi.
Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 45 illiyinə həsr olunmuş tədbiri Yaşar Məmmədov açıq elan etdi və ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş nitqini Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov açaraq H.Əliyevin keçdiyi şərəfli yol haqqında məlumat verdi.
Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. 45 il əvvəl başlanan həmin yol ulu öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır.
Tədbirdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev, şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov, Yeni Azərbaycan partiyası rayon təşkilatının sədri, başçının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, başçının Əlikənd kənd ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov çıxış etdilər və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibi şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi İbrahimli Ləman inşasını oxudu.
Heydər Əliyev 45 il əvvəl hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan olardımı?! Keçən il, şahidi olduğumuz zaman kəsiyi deməyə imkan verir: “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Heydər Əliyev müstəqil Azərbaycan memarıdır” və bu gün fəxr edirik ki, Heydər Əliyev siyasi məktəbin varisi İlham Əliyev onun işıqlı ideyalarını həyata keçirir və bu vəzifələrin icrasında hər birimizin iştirakı var. Rayon əhalisinin fikirlərini ifadə edərək ölkə başçımızı – cənab İlham Əliyevi əmin edirik ki, ucarlılar daima sıx sıralarla onun ətrafında birləşiblər.