Nəqliyyat naziri cənab Ziya Məmmədov Ucar rayonunda
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay üçün tərtib olunan qrafiq əsasında bögələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Növbəti belə bir qəbul iyulun 25 -də Ucardakı Heydər Əliyev Mərkəzində nəqliyyat naziri cənab Ziya Məmmədov tərəfindən keçirilib. Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda Ucar, habelə Göyçay, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Hər bir vətəndaş nazir tərəfindən fərdi qaydada qəbul olunub. Müraciətlər əsasən bölgələrdə nəqliyyatla bağlı çətinliklər, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, kəndarası yolların, körpülərin təmiri, tikintisi, işə qəbul edilmə və sair məsələlərlə bağlı idi.
Əksər vətəndaşın müraciəti elə yerindəcə həllini tapdı. Araşdırılması zəruri olan bəzi məsələlər isə nəzarətə götürülərək həlli üçün aidiyyəti şəxslərə konkret tapşırıqlar verildi. Nazirliyin səlahiyyətinə aid olmayan bir sıra müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alındı.
Qəbula gələnlər yaradılmış şəraitə, onlara göstərilən diqqətə görə razılıq edərək yerlərdə bü cür qəbulların təşkilinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.