Vətən müharibəsi şəhidi Samir Qəfərlinin vəfatının birinci ildönümü qeyd olundu
31 oktyabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ucar rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin və kənd sakinlərinin iştirakı ilə hərbi xidməti zamanı 31 oktyabr 2020-ci il tarixdə Laçın rayonunda şəhid olan və rayonun Bərgüşad kənd qəbiristanlığında dəfn edilmiş Qəfərli Samir Möhlət oğlunun vəfatının birinci ildönümü və doğum günü münasibətilə məzarı ziyarət edilmiş, məzarın üzərində tər çiçəklər düzülmüş, ruhuna dualar oxunmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra təltif edilmiş "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları şəhidin atası Möhlət Qəfərova təqdim edilmişdir.
Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüze sizə borcluyuq!