Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Səbuhi Süleymanovun şəhadətinin birinci ildönümü qeyd olunub

09 noyabr 2021 | 16:00

09 noyabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri 09 noyabr 2020-ci il tarixdə Şuşa şəhərində şəhid olmuş müddətdən artıq xidmət edən Süleymanov Səbuhi Ələkbər oğlunun şəhadətinin birinci ildönümü münasibətilə rayonun Bərgüşad kənd qəbiristanlığında məzarını ziyarət etmiş, məzarın üzərinə tər çiçəklər düzülmüş, ruhuna dualar oxunmuşdur.

Şəhidin ailə üzvləri ilə görüşülərək, yaxınlarına baş sağlığı verilmişdir.

Daha sonra şəhidin adını daşıyan bulağın qarşısında anım mərasimi keçirilmişdir.

Səbuhi Süleymanov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!

Keçidlər