Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Fikrət Məmmədovun şəhadətinin birinci ildönümü qeyd olunub

10 noyabr 2021 | 16:00

10 noyabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva 31 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunda şəhid olmuş, 12 noyabr 2020-ci il tarixdə rayonun Müsüslü kənd qəbiristanlığında dəfn edilmiş Məmmədov Fikrət Elşad oğlunun şəhadətinin birinci ildönümü münasibətilə məzarını ziyarət etmiş, məzarın üzərinə tər çiçəklər düzülmüş, ruhuna dualar oxunmuşdur.

Şəhid ailələrinin və kənd ictimaiyyətinin iştirakı ilə şəhidin məzarının önündə keçirilən anım tədbirində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış rayon şəhidlərimiz hörmətlə yad edilmişdir.

Fikrət Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü"medalları ilə təltif edilmişdir.

Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!

Keçidlər