Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi gizir Allahverdi Ələkbərovun şəhadətinin birinci ildönümü qeyd olunub

11 noyabr 2021 | 16:00

11 noyabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri 15 fevral 1987-ci ildə anadan olmuş, kəşfiyyatçı gizir, tağım komandirinin müavini 20 oktyabr 2020-ci il tarixdə Qubadlının azad olunması zamanı yaralanmış, 10 noyabr 2020-ci il tarixdə şəhadətə ucalmış, 11 noyabr 2020-ci il tarixdə Ucar Şəhidlər Xiyabanında dəfn edilmiş Ələkbərov Allahverdi Məzahir oğlunun məzarını ziyarət etmiş, məzarı üzərinə tər çiçəklər düzülmüş, ruhuna dualar oxunmuşdur. Daha sonra ehsan süfrəsində iştirak olunmuşdur.

Allahverdi Ələkbərovun Vətənə əmanət üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!

Keçidlər