Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Ağayusif Əliyevin şəhadətinin birinci ildönümü qeyd edildi

12 noyabr 2021 | 16:00

12 noyabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 10 noyabr 2020-ci il tarixdə Şuşa şəhərində şəhidlik zirvəsinə ucalan, 12 noyabr 2020-ci il tarixdə rayonun Bağban kənd qəbiristanlığında dəfn olunmuş Əliyev Ağayusif Mübariz oğlunun şəhadətinin birinci ildönümü münasibətilə məzarını ziyarət etmiş, məzarın üzərinə tər çiçəklər qoyuldu, ruhuna dualar oxunmuşdur.

Daha sonra şəhid bulağının qarşısında anım mərasimi keçirilmişdir. Şəhid ataları, şəhidin döyüş yoldaşları şəhid Ağayusif Əliyev haqqında xatirələrini danışdılar. Məktəblilər vətənpərvərlik mövzusunda şerlər söylədilər.

Ağayusif Əliyevin Vətənə əmanət iki qız övladı var.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!

Keçidlər