Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi leytenantı Elnur Vəliyevin şəhadətinin birinci ildönümü qeyd edildi

13 noyabr 2021 | 16:00

13 noyabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri 26 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun azad olunması zamanı şəhid olmuş, 13 noyabr 2020-ci il tarixdə Ucar Şəhidlər Xiyabanında dəfn olunmuş Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı Vəliyev Elnur Əli oğlunun şəhadətinin birinci ildönümü münasibətilə məzarını ziyarət etmiş, məzarın önünə tər çiçəklər düzülmüş, ruhuna dualar oxunmuşdur.

Daha sonra rayon mərkəzində - Azərbaycan küçəsində ailəsinin inşa etdiyi Xatirə Abidəsinin açılışı olmuş və anım mərasimi keçirilmişdir.

Mərasimdə şəhid general mayor Polad Həşimovun anası Səmayə xanım, rayonumuzun və respublikanın bir sıra rayonlarından şəhid valideynləri, qazilər, şəhid Elnur Vəliyevin döyüş yoldaşları iştirak etmişdir.

Elnur Vəliyev üç bacının yeganə qardaşı idi.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-c i il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "İgidliyə görə", Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 dekabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının "Şücaətə görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!

Keçidlər