Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Coşqun Məmmədovun şəhadətinin birinci ildönümü qeyd edildi

22 noyabr 2021 | 16:00

21 noyabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri 13 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə şəhid olmuş, 22 noyabr 2020-ci il tarixdə rayonun Qarabörk kənd qəbiristanlığında dəfn olunmuş Məmmədov Coşqun Elnur oğlunun şəhadətinin birinci münasibətlə məzarını ziyarət etmiş, məzarın önünə tər çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Coşqun Məmmədov ailəli olmuş, Vətənə əmanət bir oğul övladı qalıb.

Coşqun Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!

Keçidlər