Vətən müharibəsi şəhidi Xəyal Cəbrayılovun şəhadətinin birinci ildönümü qeyd edildi
22 noyabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 09 noyabr 2020-ci il tarixdə Şuşa şəhərində şəhid olmuş, 22 noyabr 2020-ci il tarixdə Lək kənd qəbiristanlığında dəfn edilmiş Cəbrayılov Xəyal Rafiq oğlunun məzarını ziyarət etmiş, məzarın önünə tər çiçəklər qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Məzarının önündə keçirilən anım mərasimində Vətən ŞƏHİDLƏRİMİZİN - Xəyal Cəbrayılovun əziz xatirəsi döyüş yoldaşları, təhsil aldığı orta məktəbin müəllim və şağird kollektivi, şəhid ataları çıxışlarında qeyd etdilər.
Xəyal Cəbrayılov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə gorə" medalları ilə təltif edilmişdir.
Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!