Vətən müharibəsi şəhidi Şahı Məmmədlinin şəhadətinin birinci ildönümü qeyd edildi
01 dekabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 16 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə şəhid olmuş, 01 dekabr 2020-ci il tarixdə Bərgüşad kənd qəbiristanlığında dəfn olunmuş Məmmədli Şahı Elman oğlunun şəhadətinin birinci ildönümü münasibətilə məzarını ziyarət etmiş, məzarın önünə tər çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Şahı Məmmədli ailənin yeganə oğul övladı olmuşdur.Vətənə əmanət Ömər adlı bir oğul övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!