Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rəmal Gülüşovun şəhadətinin birinci ildönümü qeyd edilib

16 dekabr 2021 | 16:00

16 dekabr 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri 10 oktyabr 2020-ci ul tarixdə Ağdərə-Tərtər rayonları istiqamətində gedən döyüşlərdə şəhid olmuş, 16 dekabr 2021-ci il tarixdə rayonun Qaracallı kənd qəbiristanlığında dəfn olunmuş Gülüşov Rəmal Şahin oğlunun şəhidliyinin birinci ildönümü münasibətilə məzarı ziyarət olunmuş, məzarın önünə tər çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!

 

Keçidlər