Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçılarına sertifikatlar təqdim olundu.
Məlum olduğu kimi 18 noyabr 2021-ci il tarixdə Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilmişdir.Hibrid iştirakçılıq formasında (iştirakçılardan 150-si birbaşa, 150-si onlayn qoşulmaqla) təşkil edilmiş tədbirdə respublikanın şəhər və rayonlarını təmsil edən 300 uşağın iştirakı ilə uşaq hüquqları sahəsində onları daha çox maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmış, bir sıra vacib sənədlər qəbul etmişlər.
15 dekabr 2021-ci il tarixdə Forumda iştirak etmiş şəhər 4 saylı tam orta məktəbin X sinif şagirdi Jalə Zeynallı və rayonun Qazıqumlaq kənd 2 saylı tam orta məktəbin VII sinif şagirdi Məsum Məmmədov Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi məslələr şöbəsinin müdiri Şəhla Abdullayeva tərəfindən qəbul edilmiş, söhbət aparılmış və sertifikatlar təqdim edilmişdir.