Şriftin ölçüsü :

Saytın rəngi :

22 dekabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı "Azərbaycan son 18 ildə" mövzusunda konfrans keçirmişdir.

22 dekabr 2021 | 16:00

Tədbirdən əvvəl Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri vəzifəsini icra edən Şəhla Abdullayeva rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuş, xatirəsi hörmət və ehtiramla yad edilmişdir.

Daha sonra Ucar rayon Şəhidlər Xiyabanı ziyarət edilmiş, məzarların üzərinə tər çiçəklər qoyulmuş, ruhlarına dualar oxunmuşdur.

YAP Ucar rayon təşkilatının qərərgahında keçirilən konfransı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva açdı.

Milli Məclisin deputatı Ramil Həsən geniş məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 18 il ərzində həyata keçirmiş olduğu bütün islahatlar, bu islahatların nəticəsi olaraq bu gün qazanılmış olan uğurlar və bu uğurların effektiv təsir mexanizmi nəticəsində müxtəlif sahələrdə həyata keçirilən islahatlar prosesləri, o cümlədən islahatlar proseslərinin vermiş olduğu müsbət nəticələr haqqında fikirlərini bildirmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanı xaosdan, qardaş qırğınından çıxardaraq, vətənimizi çiçəklənən, güclənən, daha da qüdrətli və qüvvətli ölkə olmasının davamı olaraq, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən həyata keçirilən addımların bu uğurlu davamının mükəmməl bir təcəssümü kimi qeyd etmişdir.

Azərbaycan Prezidenti ən güclü və qüvvətli dövlət xadimi olaraq mükəmməl bir sərkərdə kimi də öz fəaliyyətini göstərmişdir ki, məhz bu fəaliyyəti nəticəsində igid oğullarımız, Azərbaycanın Müzəffər ordusu Qarabağ torpaqlarını 30 ildən sonra düşmən tapdağından azad etmiş və şübhəsiz ki, Azərbaycana Zəfər bəxş edərək tarixi lider kimi artıq Azərbaycan xalqının qəlbində taxt qurmuşdur. Niyyəti və məqsədi ölkəmizin daha da qüvvətlənib qüdrətlənməsi, sosial rifah halının daha da güclənməsi, iqtisadiyyatının, ordusunun və bütün istiqamətlərdə, bütün sferalar üzrə müasir imkanlardan istifadə edərək daha da yüksəldilməsi ilə bağlı olan hər bir vətəndaşın Azərbaycan Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulamış və bundan sonrakı fəaliyyətində Yeni Azərbaycan Partiyasının bu işdə flaqman olduğunu və Partiyanın sədri cənab İlham Əliyevin başçılığı altında uğurla fəaliyyət göstərdiyini və göstərəcəyini bildirmişdir.

Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxışında cənab İlham Əliyevin başçılığı altlnda ölkəmizdə uğurlu işlərin həyata keçirildiyini vurğulayaraq rayonda son 18 ildə aparılan abadlıq, quruculuq işləri, Prezident İlham Əliyevin 3 dəfə Ucar rayonuna səfərləri barədə ətraflı məlumat verdi.

Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov, rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Qarabağ Əlillər Cəmiyyəti rayon təşkilatının sədri Rahib Rəsulov, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova müstəqil Azərbaycanımızda son 18 illik tarixi dövründə görülən işlər və qazanılan uğurlu nəticələr barədə çalışdıqları sahələr üzrə fikirlərini bildirdilər.

Keçidlər