Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla xanım Abdullayeva rayon ictimaiyyətinə təqdim olundu.
11 fevral 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində karantin rejiminin tələbləri nəzərə alınaraq ictimaiyyətin nümayəndələri və partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatına kadr təyinatı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdən öncə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov və Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Tədbiri giriş sözü ilə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov açmışdır. Mənsur Məmmədov çıxışında qeyd etdi ki,21 noyabr 1992-ci ildə yaradılan partiyanın yaranmasının 30-cu ilini yaşayırıq. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin,bu günün və gələcəyin partiyasıdır” fikri ötən illərdə özünü təsdiq etmişdir.
Ötən il mart ayının 5-də YAP-nın VII Qurultayı keçirilib. Son 3 il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici illər olub. Bu müddət ərzində ərazi bütövlüyümüz bərpa olunub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-na qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir.
Qeyd olunub ki, qurultaydan sonrakı dövrdə partiyanın yeni Nizamaməsi qəbul edilib. Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz. 2022-ci il yanvar ayının 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi məsələsi gündəliyə çıxarılıb.Şəhla Abdullayeva YAP Ucar rayon təşkilatının sədri təyin olunub.
Şəhla Abdullayeva çıxış edərək ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Mərkəzi Aparatın rəhbərliyinə dərin minnətdarlığını ifadə edərək üzərinə düşən vəzifənin layiqincə yerinə yetirilməsi üçün partiya üzvlərini səfərbər edəcəyini bildirmişdir.
Çıxışı edən partiya fəalları Şəhla Abdullayevaya yeni təyinatı münasibətilə uğurlar arzulayıblar.