Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Alpout kəndində səyyarı qəbulu keçirilib

02 mart 2022 | 16:00

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ucar RİH rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

İcra başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsinə start verilib.

Ölkə başçısının tapşırığına əsasən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov da mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Mənsur Məmmədovun pandemiyadan sonra kəndlərdə ilk səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 02 mart 2022-ci il tarixdə rayonun Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş tutub. Rayon İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbər işçiləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.

Qəbulda çıxış edən İcra başçısı pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. 

Səyyar qəbulda sakinlərin tam sərbəst şəkildə söylədikləri arzu və təkliflər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Səyyar qəbulda 6 nəfərin 6 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfər Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun (31,0 km) yenidənqurma və bərpadan sonra istifadəyə verilməsi ilə əlaqədar cənab Prezident İlham Əliyevə öz təşəkkürünü bildirmiş, yolun Alpout kəndindən keçən hissəsinə cizgi xətlərinin çəkilməsinə, 1 nəfər Alpout kənd beton suvarma arxından Çiyni kəndindən olan bir neçə su istifadəçiləri tərəfindən qeyri-qanuni olaraq beton arxa müdaxilə edilməsinin qarşısının alınmasına, 1 nəfər Alpout kənd 1 saylı tam orta məktəbinin qarşısından keçən avtomobil yolunun üzərində şagirdlərin təhlükəsizliyi məqsədilə avtomobillərin sürətli hərəkət etməməsi üçün maneənin quraşdırılmasına, 1 nəfər Alpout kəndinə təbii qazın verilişində təzyiqin artırılmasına, 1 nəfər yaşadığı evə gələn elektrik xəttinin 300 metr hissəsinin yaşıl kütlələrdən təmizlənməsinə və 1 nəfər Yaşadığı evin qaz sayğacının dəyişdirilərək yenisi ilə əvəz olunduqdan sonra 207,0 manat borc yazılmış, yaranmış borcun silinməsinə köməklikıər barədə etmişdilər.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Onlar Ucar rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə, xüsusilə yaşayış məntəqələrinin kütləvi şəkildə qazlaşdırılmasına, magistral yolların başdanbaşa asfaltlanmasına görə ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Keçidlər