Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Boyat kəndində səyyarı qəbulu keçirilib
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ucar RİH rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
İcra başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsinə start verilib.
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 09 mart 2022-ci il tarixdə rayonun Boyat kəndində səyyar qəbul keçirmişdir. Qəbulda çıxış edən İcra başçısı pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq ölkə Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Səyyar qəbulda 6 nəfərin 9 müraciəti dinlənilərək səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.