Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci il dönümü Ucar rayonunda qeyd edildi

15 mart 2022 | 16:00

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci il dönümü ilə bağlı, həmçinin regionlarda hüquqi maarifləndirmə işinin təşkili ilə əlaqədar olaraq 15 mart 2022-ci il tarixində Yevlax regional miqrasiya idarəsi tərəfindən Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında "Qanunsuz miqrasiya hallarının aradan qaldırılması və əməkçi miqrantlara iş icazəsi verilməsi proseduru" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, qanunsuz miqrasiyaya qarşı mübarizə təqdirləri barədə müvafiq məlumatlar verilmiş və tədbir iştirakçılarını maraqlandıran bir çox sualar cavablandırılmışdır.

Tədbirdə 40 nəfər iştirak etmişdir.

Keçidlər