Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-nın mükafatı uğrunda idarə, müəssisə və təşkilatlar arasında voleybol üzrə rayon birinciliyi

20 sentyabr 2014 | 15:00

YAP-nın mükafatı uğrunda idarə, müəssisə və təşkilatlar arasında 18-19 sentyabr 2014-cü il tarixlərdə şəhər 3 nömrəli tam orta məktəbin idman zalında voleybol idman növü üzrə rayon birinciliyi keçirildi.

Turnirdən öncə yarışın açılışı oldu və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxış edərək YAP tərəfindən keçirilən bu cür yarışların artıq ənənə halını aldığını bildirdi, eyni zamanda idarə və müəssisələrdə çalışan gənclərin yarışlarda daha fəal olmağını tövsiyyə etdi. Rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov yarış barədə iştirakçılara məlumat verərək, turnir iştirakçılarına uğurlar arzu etdi.

Ümumilikdə rayon birinciliyində beş təşkilatdan olan komanda (İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi, Polis şöbəsi, Bank of Azerbaijan və AzGold) iştirak etdi.

Yarışların hakimi şəhər 1 nömrəli məktəb-liseyin bədən tərbiyəsi və idman müəllimi Vəli Abbasov oldu.

Puşk atıldıqdan sonra yarışlar olimpiya sistemi üzrə keçirildi. Gərgin mübarizədən sonra finalda AzGold və Bank of Azerbaijan komandaları qarşılaşdılar və AzGold komandası 2:0 hesabı ilə qalib gəldi.

Sonda AzGold 1-ci yerə, Bank of Azerbaijan 2-ci yerə, Polis şöbəsinin komandası isə 3-cü yerə layiq görüldülər.

Qaliblər Gənclər və İdman idarəsinin diplomları və Yeni Azərbaycan Partiyası rayon təşkilatının qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər