Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov Novruz Bayramı münasibəti iləbütün şəhid ailələri ilə ünvanlarında görüş keçirib.

18 mart 2022 | 16:00

Mənsur Məmmədov onların qarşıdan gələn bayramını təbrik etmiş və ən xoş niyyəttlərini dilə gətirmişdir. Görüş zamanı 44 günlük Vətən müharibəsi zamanı ordumuzun əldə etdiyi tarixi Zəfərdən, şəhidlərimizin öz canları bahasına, qazilərimin öz sağlamlıqlarını itirərək və digər bütün müharibə iştirakçılarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb, xalqımızın isə müharibə zamanı cənab Prezidentimizin ətrafında “Dəmir yumruq” kimi sıx birləşərək tarixdə nümunəsinə az rast gəlinən bir həmrəylik göstərdiyini xüsusi olaraq vurğulayıb.

Daha sonra bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

Eyni zamanda İcra Başçısı şəhid ailələrini narahat edən məsələləri dinləmiş və onların həlli üçün zəruri tapşırıqlar vermişdir.

Keçidlər