Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya və narkotiklərin ziyanı” və “Dini radikalizm” mövzusunda marifləndirici tədbir keçirilib

01 aprel 2022 | 16:00

Ucar rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının iş planına əsasən 01 aprel 2022 ci il tarixdə Ucar rayon Polis Şöbəsinin, rayon Komissiyasının təşkilatçılığı ilə əlaqədar təşkilatlarla birlikdə Ucar rayonu, Qarabörk kənd tam orta məktəbində “Narkomaniya və narkotiklərin ziyanı” və “Dini radikalizm” mövzusunda marifləndirici tədbir keçirilmişdir.

Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, məktəbin müəllim və şagirdləri bu sahədə marifləndirilmişlər. Tədbirin sonunda fəal şagirdlər Ucar rayon Polis şöbəsi tərəfindən mükafatlandırılmışdır.

Keçidlər