Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Qazıqumlaq kəndində səyyarı qəbulu keçirilib
20 aprel 2022 | 16:00
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 20 aprel 2022-ci il tarixdə rayonun Qazıqumlaq kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qazıqumlaq və Məlikballı kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.